Sosioloji Tədqiqatlar Mərkəzi tərəfindən Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı “exit-poll”un nəticələri açıqlanıb.
Vertikal.az APA-ya istinadla xəbər verir ki, nəticəyə əsasən, seçicilərin 92.4 faizi Prezident İlham Əliyevə səs verib.
"Exit-poll” nəticələrinə görə, ümumilikdə namizədlərin topladığı səslərin ardıcıllığı belədir:
1. Prezident İlham Əliyev - 92,4%2. Zahid Oruc - 2,2%
3. Fazil Mustafa - 2%
4. Qüdrət Həsənquliyev - 1,6%
5. Elşad Musayev - 0,8%
6. Razi Nurullayev - 0,6%
7. Fuad Əliyev - 0,3%