Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
Tarix: Bu gün, 10:12 | Çap et


ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar zamanı nüvə silahı hazırlamamaq və satın almamaq öhdəliyini qəbul etdiyini bildirib.

"Fox News"a müsahibəsində Tramp deyib ki, ilkin mərhələdə İran yalnız nüvə silahı istehsal etməyəcəyini bəyan edib.

ABŞ liderinin sözlərinə görə, bundan sonra saziş layihəsinə İranın nüvə silahını nə hazırlayacağı, nə də hər hansı formada əldə edəcəyi barədə müddəa əlavə olunub.

O, bunun mühüm dəyişiklik olduğunu vurğulayıb. Tramp həmçinin bildirib ki, potensial razılaşma imzalandıqdan dərhal sonra Hörmüz boğazının açılmasını da nəzərdə tutur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net