Ana Sayfa > Xəbər > Sosioloji Tədqiqatlar Mərkəzi "exit-poll"un nəticələrini açıqlayıb

Sosioloji Tədqiqatlar Mərkəzi "exit-poll"un nəticələrini açıqlayıb


7-02-2024, 21:25. Yazar: admin


Sosioloji Tədqiqatlar Mərkəzi tərəfindən Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı “exit-poll”un nəticələri açıqlanıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, nəticəyə əsasən, seçicilərin 92.4 faizi Prezident İlham Əliyevə səs verib.

"Exit-poll” nəticələrinə görə, ümumilikdə namizədlərin topladığı səslərin ardıcıllığı belədir:

1. Prezident İlham Əliyev - 92,4%

2. Zahid Oruc - 2,2%

3. Fazil Mustafa - 2%

4. Qüdrət Həsənquliyev - 1,6%

5. Elşad Musayev - 0,8%

6. Razi Nurullayev - 0,6%

7. Fuad Əliyev - 0,3%
Geri dön