Vətən müharibəsi başa çatandan sonra Azərbaycanla Türkiyə səmimi şəkildə Ermənistanla münasibətlərin normallaşdırılmasını istədi. Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
Nazir, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladıb.
Türkiyə XİN rəhbəri qeyd edib ki, Ermənistan Qarabağa silah sızdırır, gərginlik yaradırlar.
“Biz Azərbaycanın yanındayıq”, - nazir əlavə edib.