Ana Sayfa > Xəbər > Türkiyə XİN rəhbəri: Ermənistan Qarabağa silah sızdırır
Türkiyə XİN rəhbəri: Ermənistan Qarabağa silah sızdırır3-05-2023, 12:33. Yazar: admin |
Vətən müharibəsi başa çatandan sonra Azərbaycanla Türkiyə səmimi şəkildə Ermənistanla münasibətlərin normallaşdırılmasını istədi. Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi. Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib. Nazir, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xatırladıb. Türkiyə XİN rəhbəri qeyd edib ki, Ermənistan Qarabağa silah sızdırır, gərginlik yaradırlar. “Biz Azərbaycanın yanındayıq”, - nazir əlavə edib. Geri dön |