MN: Qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti daim müşahidə edilib, nəzarətdə saxlanılır
Müdafiə Nazirliyində nazir Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.
Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə MN-in məlumatında deyilir.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.