Ana Sayfa > Xəbər > MN: Qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti daim müşahidə edilib, nəzarətdə saxlanılır

MN: Qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti daim müşahidə edilib, nəzarətdə saxlanılır


5-11-2022, 12:32. Yazar: admin


Müdafiə Nazirliyində nazir Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə MN-in məlumatında deyilir.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.
Geri dön