NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Vertikal.az BAKU.WS-ya istinadən xəbər verir ki, bu barədə Xüsusi Nümayəndə X.Kolomina “Twitter“də bildirib.
Brüsseldə baş tutan görüşdə tərəflər regiondakı vəziyyəti və oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən sonra danışıqların statusunu müzakirə ediblər.
“NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - deyə X.Kolomina bildirib.