Ana Sayfa > Xəbər > NATO Azərbaycan və Ermənistan arasında əlaqələrin nomallaşmasını dəstəkləyir
NATO Azərbaycan və Ermənistan arasında əlaqələrin nomallaşmasını dəstəkləyir4-10-2022, 08:17. Yazar: admin |
NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Vertikal.az BAKU.WS-ya istinadən xəbər verir ki, bu barədə Xüsusi Nümayəndə X.Kolomina “Twitter“də bildirib. Brüsseldə baş tutan görüşdə tərəflər regiondakı vəziyyəti və oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən sonra danışıqların statusunu müzakirə ediblər. “NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - deyə X.Kolomina bildirib. Geri dön |