Deputatların məzuniyyəti başa çatıb, sentyabrın 30-da ilk plenar iclas olacaq
Tarix: 30-08-2022, 09:41 | Çap et


Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb.

APA-nın xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il sentyabrın 30-u cümə gününə təsadüf etdiyi üçün həmin gün parlamentin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
05-01-2025 12:02
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net