Ana Sayfa > Xəbər > Deputatların məzuniyyəti başa çatıb, sentyabrın 30-da ilk plenar iclas olacaq
Deputatların məzuniyyəti başa çatıb, sentyabrın 30-da ilk plenar iclas olacaq30-08-2022, 09:41. Yazar: admin |
Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb. APA-nın xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu il sentyabrın 30-u cümə gününə təsadüf etdiyi üçün həmin gün parlamentin payız sessiyası çərçivəsində ilk iclası keçiriləcək. Geri dön |