Azad edilmiş ərazilərdə layihələrin auditi aparılır, ilkin nəticələr məlumdur - EKSKLÜZİV
Tarix: 9-07-2022, 11:14 | Çap et


Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsaitlərin auditi aparılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilən layihələrin icrasına 2020-2021-ci ildə başlanıb, onların başa çatması 2022-ci və sonrakı illərdə nəzərdə tutulub: “Hesablama Palatası tərəfindən bu istiqamətdə ayn-ayrı layihələrin auditinə 2022-ci ilin fevral ayından başlanılsa da, obyektlərdə aparılan tikinti işləri davam etdiyindən ilkin nəticələr barədə yalnız aidiyyatı qurumlar məlumatlandırılıb. Audit tam başa çatdıqdan sonra məlumatlar müvafiq qaydada açıqlanacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net