Ana Sayfa > Xəbər > Azad edilmiş ərazilərdə layihələrin auditi aparılır, ilkin nəticələr məlumdur - EKSKLÜZİV
Azad edilmiş ərazilərdə layihələrin auditi aparılır, ilkin nəticələr məlumdur - EKSKLÜZİV9-07-2022, 11:14. Yazar: admin |
Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsaitlərin auditi aparılır. Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilən layihələrin icrasına 2020-2021-ci ildə başlanıb, onların başa çatması 2022-ci və sonrakı illərdə nəzərdə tutulub: “Hesablama Palatası tərəfindən bu istiqamətdə ayn-ayrı layihələrin auditinə 2022-ci ilin fevral ayından başlanılsa da, obyektlərdə aparılan tikinti işləri davam etdiyindən ilkin nəticələr barədə yalnız aidiyyatı qurumlar məlumatlandırılıb. Audit tam başa çatdıqdan sonra məlumatlar müvafiq qaydada açıqlanacaq”. Geri dön |