Ermənistanın baş nazirinin müavini Ambartsum Matevosyanın 2012-ci ildə beynəlxalq axtarışda olması faktı üzə çıxıb.
Buna səbəb olaraq onun hərbi xidmətdən yayınması göstərilir. Ona qarşı 2011-ci ildə Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin birinci bəndinə əsasən ittiham irəli sürülüb.
2012-ci ilin fevralın 3-də axtarışa verilib. Axtarış həmin ilin dekabrın 28-də dayandırılıb. Lakin cinayət işinə xitam verilməsinin səbəbləri açıqlanmayıb.
A.Matevosyan mətbuatın məsələnin aydınlaşdırılması istiqamətində suallarını da cavabsız qoyub.