Ana Sayfa > Xəbər > Paşinyanın müavininin beynəlxalq axtarışda olduğu üzə çıxdı - FOTOFAKT
Paşinyanın müavininin beynəlxalq axtarışda olduğu üzə çıxdı - FOTOFAKT12-05-2022, 10:20. Yazar: admin |
Ermənistanın baş nazirinin müavini Ambartsum Matevosyanın 2012-ci ildə beynəlxalq axtarışda olması faktı üzə çıxıb. Buna səbəb olaraq onun hərbi xidmətdən yayınması göstərilir. Ona qarşı 2011-ci ildə Ermənistan Cinayət Məcəlləsinin 327-ci maddəsinin birinci bəndinə əsasən ittiham irəli sürülüb. 2012-ci ilin fevralın 3-də axtarışa verilib. Axtarış həmin ilin dekabrın 28-də dayandırılıb. Lakin cinayət işinə xitam verilməsinin səbəbləri açıqlanmayıb. A.Matevosyan mətbuatın məsələnin aydınlaşdırılması istiqamətində suallarını da cavabsız qoyub. Geri dön |