Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi - ƏMR
Tarix: 19-01-2022, 15:16 | Çap et
Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi - ƏMR

Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.
Vertikal.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net