Ana Sayfa > Xəbər > Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi - ƏMR
Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi - ƏMR19-01-2022, 15:16. Yazar: admin |
Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib. Vertikal.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri təyin edilib. Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib. Geri dön |