Rusiya Elmlər Akademiyasının (REA) Sibir bölməsinin Molekulyar və Hüceyrəvi Biologiya İnstitutunun alimləri yeni növ koronavirusun (COVID-19) qarşısını almaq üçün peyvənd əvəzinə tətbiq oluna bilən süni anticisimlər yaradıblar.
APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə REA-nın Sibir bölməsinin sədri Valentin Parmon bildirib.
"Molekulyar və Hüceyrəvi Biologiya İnstitutunda süni anticisimlər yaradılıb. Bu anticisimləri peyvənd əvəzinə tətbiq etmək olar", - deyə o vurğulayıb.
Parmon onu da bildirib ki, süni şəkildə yaradılan anticisimlər koronavirusun müxtəlif mutant variantlarına qarşı təsirlidir.