Ana Sayfa > Xəbər > Rusiyalı alimlər COVID-19-a qarşı süni anticisimlər yaradıblar
Rusiyalı alimlər COVID-19-a qarşı süni anticisimlər yaradıblar18-01-2022, 13:26. Yazar: admin |
Rusiya Elmlər Akademiyasının (REA) Sibir bölməsinin Molekulyar və Hüceyrəvi Biologiya İnstitutunun alimləri yeni növ koronavirusun (COVID-19) qarşısını almaq üçün peyvənd əvəzinə tətbiq oluna bilən süni anticisimlər yaradıblar. APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə REA-nın Sibir bölməsinin sədri Valentin Parmon bildirib. "Molekulyar və Hüceyrəvi Biologiya İnstitutunda süni anticisimlər yaradılıb. Bu anticisimləri peyvənd əvəzinə tətbiq etmək olar", - deyə o vurğulayıb. Parmon onu da bildirib ki, süni şəkildə yaradılan anticisimlər koronavirusun müxtəlif mutant variantlarına qarşı təsirlidir. Geri dön |