Aİ Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü alqışlayır
Tarix: 14-01-2022, 12:44 | Çap et
Aİ Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü alqışlayır

Avropa İttifaqı (Aİ) Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü alqışlayır.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib.

"Ermənistan və Türkiyə nümayəndələrinin Moskvada görüşü ilə bağlı xəbəri alqışlayırıq. Münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması Avropa İttifaqının tam dəstəklədiyi vacib məqsəddir”, - Aİ-nin Xüsusi Nümayəndəsi qeyd edib.

Xatırladaq ki, bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüş keçirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net