Ana Sayfa > Xəbər > Aİ Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü alqışlayır
Aİ Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü alqışlayır14-01-2022, 12:44. Yazar: admin |
Avropa İttifaqı (Aİ) Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü alqışlayır. APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Twitter"də bildirib. "Ermənistan və Türkiyə nümayəndələrinin Moskvada görüşü ilə bağlı xəbəri alqışlayırıq. Münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması Avropa İttifaqının tam dəstəklədiyi vacib məqsəddir”, - Aİ-nin Xüsusi Nümayəndəsi qeyd edib. Xatırladaq ki, bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüş keçirilir. Geri dön |