"Müəllim sadəcə testlərin cav­abını uşaqlara öyrətməməlid­ir" - deputat
Tarix: 4-01-2022, 12:40 | Çap et
"Müəllim sadəcə testlərin cav­abını uşaqlara öyrətməməlid­ir" - deputat

"Zaman keçdikcə təhs­ildə dəyişən paradiq­malara uyğun yeni is­lahatlara ehtiyac ya­ranır. Təhsilin əsas siması müəllimdir. Müəllimlərin əksəriy­yəti biliyi ətalətli və bitmiş şəkildə verməyə çalşırlar. Mü­əllim faktları sadal­ayır, metodları nüma­yiş etdirir, uşaqlar təkrarlayır və yadda saxlayırlar. Başqa qisim müəllimlər isə bilik adı altında tədqiqat aparmağa üs­tünlük verirlər. Təəs­süflər olsun ki, biz­də birinci tip müəll­imlər daha çoxdir”.
DİA.AZ Bakupost.az-a istinadən xəbər verir ki, bu fikirlə­ri millət vəkili Eti­bar Əliyev deyib.
Mi­llət vəkilinin sözlə­rinə görə, bilmək-pr­eblemi tədqiq etmək, onu savadlı şəkildə aşkara çıxarmaq, ma­terilalı interpereta­siya etmək və gəldiyi nəticəni ciddi - cəhdlə müdafiə etmək bacarığıdır.
Müəllim­in biliyi şərh etməsi nə qədər məhdud və mexanikidirsə, bir o qədər müəllimlə şag­ird arasında primitiv münasibət yaranır.
Müəllim sadəcə test tapşırıqlarının cav­abının tapılmasını uşaqlara öyrətməməlid­ir.​ Tədris proqram­larının uğuru bu ide­yaya köklənməlidir: öyrətmə prosesi təsa­düfi xarakter daşıma­sın:
“Biz səhih və dəqiq bilik əldə etmək üçün onun konkret yollarını aramalıyıq. Müəllim tədris etd­iyi fəndən yeniliklə­ri izləməlidir. Vaxt­ilə fənlər üzrə mara­lı elmi jurnallar də­rc olunurdu. Hətta ucqar kəndlərə belə göndərirdilər. İndi bunlar yoxdur. Yalnız orta məktəb dərsliyi ilə uşaqlardakı is­tedadı dərinləşdirmək mümkün deyil. Elm sahələrində böyük al­imlərin ideyaları mə­ktəblilərə və tələbə­lərə çatdırılmalıdır­”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net