Ana Sayfa > Xəbər > "Müəllim sadəcə testlərin cavabını uşaqlara öyrətməməlidir" - deputat
"Müəllim sadəcə testlərin cavabını uşaqlara öyrətməməlidir" - deputat4-01-2022, 12:40. Yazar: admin |
"Zaman keçdikcə təhsildə dəyişən paradiqmalara uyğun yeni islahatlara ehtiyac yaranır. Təhsilin əsas siması müəllimdir. Müəllimlərin əksəriyyəti biliyi ətalətli və bitmiş şəkildə verməyə çalşırlar. Müəllim faktları sadalayır, metodları nümayiş etdirir, uşaqlar təkrarlayır və yadda saxlayırlar. Başqa qisim müəllimlər isə bilik adı altında tədqiqat aparmağa üstünlük verirlər. Təəssüflər olsun ki, bizdə birinci tip müəllimlər daha çoxdir”. DİA.AZ Bakupost.az-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Etibar Əliyev deyib. Millət vəkilinin sözlərinə görə, bilmək-preblemi tədqiq etmək, onu savadlı şəkildə aşkara çıxarmaq, materilalı interperetasiya etmək və gəldiyi nəticəni ciddi - cəhdlə müdafiə etmək bacarığıdır. Müəllimin biliyi şərh etməsi nə qədər məhdud və mexanikidirsə, bir o qədər müəllimlə şagird arasında primitiv münasibət yaranır. Müəllim sadəcə test tapşırıqlarının cavabının tapılmasını uşaqlara öyrətməməlidir. Tədris proqramlarının uğuru bu ideyaya köklənməlidir: öyrətmə prosesi təsadüfi xarakter daşımasın: “Biz səhih və dəqiq bilik əldə etmək üçün onun konkret yollarını aramalıyıq. Müəllim tədris etdiyi fəndən yenilikləri izləməlidir. Vaxtilə fənlər üzrə maralı elmi jurnallar dərc olunurdu. Hətta ucqar kəndlərə belə göndərirdilər. İndi bunlar yoxdur. Yalnız orta məktəb dərsliyi ilə uşaqlardakı istedadı dərinləşdirmək mümkün deyil. Elm sahələrində böyük alimlərin ideyaları məktəblilərə və tələbələrə çatdırılmalıdır”. Geri dön |