"Şərqi Zəngəzura qayıdışın sürətləndirilməsi üçün işlər görülür" - Samir Şərifov
Tarix: 16-11-2021, 11:42 | Çap et
"Şərqi Zəngəzura qayıdışın sürətləndirilməsi üçün işlər görülür" - Samir Şərifov
“Azərbaycan şanlı qələbədən sonra yeni dövrə qədəm qoyub. İnsanlarımızın Qarabağa və Şərqi Zəngəzura qayıdışının sürətləndirilməsi üçün işlər həyata keçirilir”.

Unikal.org-un xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“İşğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, yenidən həmin ərazilərdə olan məscidlərimizdə azan səsləri eşidilir”, - deyə o vurğulayıb.

Gələn ilin dövlət büdcəsində ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsidir. Bu məqsəd üçün növbəti ildə 2,2 milyard manat vəsait nəzərdə tutulub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net