Ana Sayfa > Xəbər > "Şərqi Zəngəzura qayıdışın sürətləndirilməsi üçün işlər görülür" - Samir Şərifov
"Şərqi Zəngəzura qayıdışın sürətləndirilməsi üçün işlər görülür" - Samir Şərifov16-11-2021, 11:42. Yazar: admin |
“Azərbaycan şanlı qələbədən sonra yeni dövrə qədəm qoyub. İnsanlarımızın Qarabağa və Şərqi Zəngəzura qayıdışının sürətləndirilməsi üçün işlər həyata keçirilir”. Unikal.org-un xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib. “İşğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, yenidən həmin ərazilərdə olan məscidlərimizdə azan səsləri eşidilir”, - deyə o vurğulayıb. Gələn ilin dövlət büdcəsində ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsidir. Bu məqsəd üçün növbəti ildə 2,2 milyard manat vəsait nəzərdə tutulub. Geri dön |