Tərtərdə tutulan vəhhabilərə 2 ay həbs verildi
Tarix: 12-03-2015, 15:47 | Çap et
Tərtərdə tutulan vəhhabilərə 2 ay həbs verildi
Tərtərdə həbs edilən radikal dini cərəyan üzvləri Bakıya gətirilib.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı həbs edilən və Suriyaya adam göndərməkdə ittiham olunan şəxslər barəsində həbs qətiimkan tədbiri seçilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə dəstənin 4 üzvü - Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev haqda 2 aylıq həbs qərarı verilib. Onların hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bildirilir.

Xatırladaq ki, ötən gün aparılan araşdırmalarla Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net