Ana Sayfa > Xəbər > Tərtərdə tutulan vəhhabilərə 2 ay həbs verildi
Tərtərdə tutulan vəhhabilərə 2 ay həbs verildi12-03-2015, 15:47. Yazar: admin |
Tərtərdə həbs edilən radikal dini cərəyan üzvləri Bakıya gətirilib. Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat zamanı həbs edilən və Suriyaya adam göndərməkdə ittiham olunan şəxslər barəsində həbs qətiimkan tədbiri seçilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə dəstənin 4 üzvü - Zülfüqar İbrahimov, Mübariz Mirzəliyev, Şəmsəddin Abdullazadə və Vüqar Əliyev haqda 2 aylıq həbs qərarı verilib. Onların hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bildirilir. Xatırladaq ki, ötən gün aparılan araşdırmalarla Tərtər ərazisində ayrı-ayrı vətəndaşların ölkə hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələrin sıralarına qoşulmasını təşkil edən, dini dözümsüzlük və bölücülük təbliğatını aparan ekstremist yönümlü şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə müəyyən edilmişdi. Geri dön |