Baş Prokurorluq polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb
Baş Prokurorluq Bakıda polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.
Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.