Ana Sayfa > Xəbər > Baş Prokurorluq polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb

Baş Prokurorluq polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb


9-07-2021, 12:39. Yazar: admin
Baş Prokurorluq polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Bakıda polis rəisinin özünü güllələyərək öldürməsi faktı ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.
Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.
Geri dön