Azərbaycanda aşkarlanan saxta əlilliklərin sayı AÇIQLANDI
Tarix: 21-05-2021, 13:08 | Çap et
Azərbaycanda aşkarlanan saxta əlilliklərin sayı AÇIQLANDI
Hazırda Azərbaycanda əlilliyin ümumi göstəricisi əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, pensiya sistemində bu, 30 faizdir.

Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

M.Məmmədova qeyd edib ki, bu, digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəmdir:

“Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib. Bu işlər mütəmadi olaraq davam etdiriləcək. Bizim fəaliyyətimiz bu istiqamətdə şəffaflığı təmin etməkdir. Bu, sosial sahədə aparılan islahatlardan biridir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məqsədi əlillik təyinatına həqiqətən də uyğun olan, buna haqqı olan şəxslərə əlillik dərəcəsinin verilməsidir. Biz çalışırıq ki, onların əlillik təyinatı düzgün aparılsın, sui-istifadə halları aradan qaldırılsın”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net