Ana Sayfa > Xəbər > Azərbaycanda aşkarlanan saxta əlilliklərin sayı AÇIQLANDI
Azərbaycanda aşkarlanan saxta əlilliklərin sayı AÇIQLANDI21-05-2021, 13:08. Yazar: admin |
Hazırda Azərbaycanda əlilliyin ümumi göstəricisi əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, pensiya sistemində bu, 30 faizdir. Oxu.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. M.Məmmədova qeyd edib ki, bu, digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəmdir: “Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib. Bu işlər mütəmadi olaraq davam etdiriləcək. Bizim fəaliyyətimiz bu istiqamətdə şəffaflığı təmin etməkdir. Bu, sosial sahədə aparılan islahatlardan biridir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məqsədi əlillik təyinatına həqiqətən də uyğun olan, buna haqqı olan şəxslərə əlillik dərəcəsinin verilməsidir. Biz çalışırıq ki, onların əlillik təyinatı düzgün aparılsın, sui-istifadə halları aradan qaldırılsın”. Geri dön |