Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb
Tarix: 28-12-2020, 17:47 | Çap et
Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb

“2020-ci ildə RSXM-nin seysmik stansiyaları tərəfindən 3579 yerli zəlzələ qeydə alınıb”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.


O bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb: “Həmçinin Mərkəzin Monitorinq Mərkəzi tərəfindən 2301 uzaq zəlzələ də qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml>3-dən yuxarı olan 74 zəlzələ müşahidə edilib”.

Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu qeyd edən baş direktor respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net