Ana Sayfa > Xəbər > Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb
Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb28-12-2020, 17:47. Yazar: admin |
“2020-ci ildə RSXM-nin seysmik stansiyaları tərəfindən 3579 yerli zəlzələ qeydə alınıb”. Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb: “Həmçinin Mərkəzin Monitorinq Mərkəzi tərəfindən 2301 uzaq zəlzələ də qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml>3-dən yuxarı olan 74 zəlzələ müşahidə edilib”. Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu qeyd edən baş direktor respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib. Geri dön |