Ermənistan 7-si zabit olmaqla 29 hərbçisinin öldürüldüyünü etiraf edib, 28 erməni silahlısı da itkin düşüb
Tarix: 6-04-2016, 10:13 |
Çap et
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki döyüşlərdə erməni tərəfi 7-si zabit olmaqla 29 nəfər itirib.
"Report" xəbər verir ki, bunu Ermənistan rəsmiləri yerli KİV-lərə etiraf edib.
İnformasiyaya əsasən, 28 erməni silahlısı itkin düşüb.
Məlumata görə, döyüş zamanı 101 erməni silahlısı yaralanıb, onların 20-si zabit, 81-i çavuş, müqavilə əsasında qulluq edənlər və sıravilərdir. Məlumatlara əsasən, Ermənistan tərəfin 14 tankı, 4 Piyadaların Zirehli Maşını məhv edilib.