Ana Sayfa > Xəbər > Ermənistan 7-si zabit olmaqla 29 hərbçisinin öldürüldüyünü etiraf edib, 28 erməni silahlısı da itkin düşüb
Ermənistan 7-si zabit olmaqla 29 hərbçisinin öldürüldüyünü etiraf edib, 28 erməni silahlısı da itkin düşüb6-04-2016, 10:13. Yazar: admin |
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttindəki döyüşlərdə erməni tərəfi 7-si zabit olmaqla 29 nəfər itirib. "Report" xəbər verir ki, bunu Ermənistan rəsmiləri yerli KİV-lərə etiraf edib. İnformasiyaya əsasən, 28 erməni silahlısı itkin düşüb. Məlumata görə, döyüş zamanı 101 erməni silahlısı yaralanıb, onların 20-si zabit, 81-i çavuş, müqavilə əsasında qulluq edənlər və sıravilərdir. Məlumatlara əsasən, Ermənistan tərəfin 14 tankı, 4 Piyadaların Zirehli Maşını məhv edilib. Geri dön |