Ölkədə əczaçılıq məhsullarının istehsalı artıb
Tarix: 4-01-2023, 21:08 | Çap et


Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 milyard 110 milyon 100 min manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6%, kimya sənayesi məhsullarının istehsalında isə 2,7% artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Eyni zamanda rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 61,5%, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 43,3%, lak-boya məmulatlarının istehsalı 15,8% artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 35% azalıb.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net