Ana Sayfa > Sosial > Ölkədə əczaçılıq məhsullarının istehsalı artıb
Ölkədə əczaçılıq məhsullarının istehsalı artıb4-01-2023, 21:08. Yazar: admin |
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 milyard 110 milyon 100 min manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6%, kimya sənayesi məhsullarının istehsalında isə 2,7% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Eyni zamanda rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 61,5%, kimya sənayesi məhsullarından metanol (metil spirti) istehsalı 43,3%, lak-boya məmulatlarının istehsalı 15,8% artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 35% azalıb. Geri dön |