Azad olunmuş ərazilərdə tullantıların idarə olunması üçün layihə hazırlanıb
Tarix: 7-10-2022, 16:49 | Çap et


İşğaldan azad olunan ərazilərdə tullantıların idarə olunması üçün layihəyə start verilib.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə sanitar poliqonların qurulması nəzərdə tutulub:

“Zəngilan, Laçın, Füzuli, Qubadlı və digər rayonlarda artıq ərazilər seçilib. ANAMA tərəfindən həmin ərazilər təmizlənib. Hazırda prosesin layihələndirmə işləri aparılır”.

O qeyd edib ki, Zəngilan rayonunun Ağalı kəndində köç ilə əlaqədar olaraq artıq komissiya tərəfindən seçilən müvəqqəti poliqonda məişət tullantılarının daşınması və zərəsizləşdirilməsi işləri həyata keçirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net