Ana Sayfa > Sosial > Azad olunmuş ərazilərdə tullantıların idarə olunması üçün layihə hazırlanıb
Azad olunmuş ərazilərdə tullantıların idarə olunması üçün layihə hazırlanıb7-10-2022, 16:49. Yazar: admin |
İşğaldan azad olunan ərazilərdə tullantıların idarə olunması üçün layihəyə start verilib. Vertikal.az APA-ya istinadən xəbər verir ki, bunu “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev deyib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə sanitar poliqonların qurulması nəzərdə tutulub: “Zəngilan, Laçın, Füzuli, Qubadlı və digər rayonlarda artıq ərazilər seçilib. ANAMA tərəfindən həmin ərazilər təmizlənib. Hazırda prosesin layihələndirmə işləri aparılır”. O qeyd edib ki, Zəngilan rayonunun Ağalı kəndində köç ilə əlaqədar olaraq artıq komissiya tərəfindən seçilən müvəqqəti poliqonda məişət tullantılarının daşınması və zərəsizləşdirilməsi işləri həyata keçirilir. Geri dön |