Gələn il səhiyyəyə ayrılacaq vəsaitin həcmi 2 milyard manatdan çox olacaq
Tarix: 3-09-2020, 11:34 | Çap et
Gələn il səhiyyəyə ayrılacaq vəsaitin həcmi 2 milyard manatdan çox olacaq
Gələn il Azərbaycanın dövlət büdcəsində səhiyyə üçün ayrılacaq vəsaitin xüsusi çəkisi açıqlanıb.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Gələn il səhiyyəyə ayrılan vəsaitin həcmi büdcə gəlirlərinin 7,9 faizi həcmində olacaq.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il səhiyyəyə ayrılacaq vəsaitin həcmi 2 milyard manatdan çox olacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net