Ana Sayfa > Sosial > Gələn il səhiyyəyə ayrılacaq vəsaitin həcmi 2 milyard manatdan çox olacaq
Gələn il səhiyyəyə ayrılacaq vəsaitin həcmi 2 milyard manatdan çox olacaq3-09-2020, 11:34. Yazar: admin |
Gələn il Azərbaycanın dövlət büdcəsində səhiyyə üçün ayrılacaq vəsaitin xüsusi çəkisi açıqlanıb. APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb. Gələn il səhiyyəyə ayrılan vəsaitin həcmi büdcə gəlirlərinin 7,9 faizi həcmində olacaq. Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il səhiyyəyə ayrılacaq vəsaitin həcmi 2 milyard manatdan çox olacaq. Geri dön |