Silahlı Qüvvələr Günü münasibətilə rayon ərazisində yerləşən növbəti N saylı hərbi hissədə təşkil olunan tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və N saylı hərbi hissənin əsgər və zabit heyyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra rayon rəhbəri hərbçiləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib, onlara şərəfli işlərində uğurlar arzulayıb, əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycanın Milli Ordusunun keçdiyi inkişaf yolundan, Ümummilli liderin siyasi kursunun layiqli davamçısı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunun daha da möhkəmləndirilməsindən, 44 günlük Vətən Müharibəsində qazanılan şanlı zəfərdən, ordumuzun göstərdiyi döyüş şücayətlərindən, “Dəmir Yumruq” əməliyyatının qələbə ilə başa çatmasından danışıb. İcra başçısı düşmənin Tərtər şəhərinə və onun 40 yaşayış məntəqəsinə 16277 top, tank, qrad mərmisi atdığını bildirərək, dövlət rəsmilərinin dediyi kimi “Tərtərin erməni nasizmi qarşısında Azərbaycanın Stalinqradı olduğunu” vurğulayıb, Tərtərin hərbi və mülki şəhidlərindən söhbət açıb.
Tədbirdə iştirak edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova da hərbçiləri bayram münasibəti ilə təbrik edib, mədəniyyət işçiləri adından onlara ən xoş arzularını bildirib. Qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə Azərbaycan xalqının Qarabağ nisgilinə son qoydu.
Tərtər rayon Mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi Milli ordumuzun zabit və əsgər heyəti qarşısında konsert proqramı ilə çıxış edib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məməmmədov hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.
Vertikal.az