Bu ilin yanvar-may aylarında Azərbaycana 26 716,9 min dollar dəyərində 15 340,04 ton ət idxal edilib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki göstəricidən müvafiq olaraq dəyər ifadəsində 3,5%, həcm göstəricisi üzrə isə 4,5% çoxdur.
Hesabat dövründə, ölkəyə 6 670,5 min dollar dəyərində (artım 39,7%) 4 482,73 ton (artım 40%) süd idxal olunub.
Bununla yanaşı, cari ilin ilk beş ayında 49 646,04 min dollar dəyərində 8 927,55 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 51,6% və 32,7% çoxdur.