Ana Sayfa > Ölkə / İqtisadiyyat > Azərbaycan ət, süd və kərə yağı idxalını artırıb

Azərbaycan ət, süd və kərə yağı idxalını artırıb


22-06-2022, 15:41. Yazar: admin


Bu ilin yanvar-may aylarında Azərbaycana 26 716,9 min dollar dəyərində 15 340,04 ton ət idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki göstəricidən müvafiq olaraq dəyər ifadəsində 3,5%, həcm göstəricisi üzrə isə 4,5% çoxdur.

Hesabat dövründə, ölkəyə 6 670,5 min dollar dəyərində (artım 39,7%) 4 482,73 ton (artım 40%) süd idxal olunub.

Bununla yanaşı, cari ilin ilk beş ayında 49 646,04 min dollar dəyərində 8 927,55 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 51,6% və 32,7% çoxdur.
Geri dön