İbtidai siniflərdə günüuzadılmış qrupların təşkili qaydası müəyyənləşəcək
Tarix: 8-09-2020, 16:04 | Çap et
İbtidai siniflərdə günüuzadılmış qrupların təşkili qaydası müəyyənləşəcək

Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası müəyyənləşəcək.

APA-nın məlumatına görə, bu, sentyabrın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən “Ümumi təhsil haqqında” qanun təklif olunan dəyişiklikdə əksini tapıb.

Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydasını icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

Qeyd edək ki, qüvvədə olan qanunda ümumi təhsil müəssisəsində ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə günüuzadılmış qrupların yaradılması nəzərdə tutulur. Ancaq günüuzadılmış qrupların təşkili mexanizmi olmadığından qanuna günüuzadılmış qrupların təşkili qaydasının müəyyən edilməsini nəzərdə tutan müddəa əlavə olunur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net