Ana Sayfa > Ölkə > İbtidai siniflərdə günüuzadılmış qrupların təşkili qaydası müəyyənləşəcək
İbtidai siniflərdə günüuzadılmış qrupların təşkili qaydası müəyyənləşəcək8-09-2020, 16:04. Yazar: admin |
Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydası müəyyənləşəcək. APA-nın məlumatına görə, bu, sentyabrın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən “Ümumi təhsil haqqında” qanun təklif olunan dəyişiklikdə əksini tapıb. Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydasını icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək. Qeyd edək ki, qüvvədə olan qanunda ümumi təhsil müəssisəsində ibtidai sinif şagirdlərinin proqram materiallarını səmərəli mənimsəmələrinə, təlim nailiyyətlərinin yaxşılaşdırılmasına, idraki və kommunikativ bacarıqlarının inkişafına dəstək məqsədilə günüuzadılmış qrupların yaradılması nəzərdə tutulur. Ancaq günüuzadılmış qrupların təşkili mexanizmi olmadığından qanuna günüuzadılmış qrupların təşkili qaydasının müəyyən edilməsini nəzərdə tutan müddəa əlavə olunur. Geri dön |