Azərbaycanda daha bir sabiq məhkəmə hakimi vəfat etdi
Tarix: 28-06-2020, 12:10 | Çap et
Azərbaycanda daha bir sabiq məhkəmə hakimi vəfat etdi

Bakı Apellyasiya Məhkəməsinin sabiq hakimi Müseyib Hüseynov vəfat edib.

Bu barədə “Report”a vəkil Orxan Kəngərli məlumat verib.

Onun sözlərinə görə, mərhum iyunun 28-də dəfn ediləcək.

M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimi olub. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş.




Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net