Ana Sayfa > Ölkə > Azərbaycanda daha bir sabiq məhkəmə hakimi vəfat etdi
Azərbaycanda daha bir sabiq məhkəmə hakimi vəfat etdi28-06-2020, 12:10. Yazar: admin |
Bakı Apellyasiya Məhkəməsinin sabiq hakimi Müseyib Hüseynov vəfat edib. Bu barədə “Report”a vəkil Orxan Kəngərli məlumat verib. Onun sözlərinə görə, mərhum iyunun 28-də dəfn ediləcək. M.Hüseynov ağır xəstəlikdən əziyyət çəkirmiş. Qeyd edək ki, Hüseynov Müseyib Abbas oğlu 2000-2007-ci illərdə Ali Məhkəmənin hakimi, 2007-2011-ci illərdə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin sədri, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində işləyib. 2016-cı ildən isə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının hakimi kimi fəaliyyət göstərib. Xatırladaq ki, M.Hüseynov son 15 gündə Bakı Apellyasiya Məhkəməsinin dünyasını dəyişən 3-cü hakimi olub. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Hakim Əflatun Qasımov iyunun 13-də, hakim Namiq Məmmədov isə iyunun 26-da vəfat edib. Onların hər ikisi COVID-19-a yoluxubmuş. Geri dön |