“Doğum evindəki yoluxmalar hamilələri də təşvişə salır” - AÇIQLAMA
Tarix: 23-06-2020, 11:32 | Çap et
“Doğum evindəki yoluxmalar hamilələri də təşvişə salır” - AÇIQLAMA

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı doğum evi) çalışan tibbi personal xəstəxanada koronavirusa yoluxma hallarının artmasından narahatdır.

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən tibb işçiləri iddia edir ki, artıq hər şöbədə işçilər arasında 5-6 yoluxma halı qeydə alınıb.

Həmçinin qeyd olunub ki, bu hal, xəstəxanaya müraciət edən hamilə və digər pasiyentləri də təşvişə salır. Tibb heyəti ən azından xəstəxanada dezinfeksiya işlərinin aparılmasını xahiş edir.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məsələ ilə bağlı “Qafqazinfo”ya bildirib ki, hazırda sözügedən xəstəxanada kütləvi yoluxma halı ilə bağlı məlumat yoxdur.





Xəbərlər
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net