Ana Sayfa > Ölkə > “Doğum evindəki yoluxmalar hamilələri də təşvişə salır” - AÇIQLAMA
“Doğum evindəki yoluxmalar hamilələri də təşvişə salır” - AÇIQLAMA23-06-2020, 11:32. Yazar: admin |
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (6 saylı doğum evi) çalışan tibbi personal xəstəxanada koronavirusa yoluxma hallarının artmasından narahatdır. Bununla bağlı “Qafqazinfo”ya müraciət edən tibb işçiləri iddia edir ki, artıq hər şöbədə işçilər arasında 5-6 yoluxma halı qeydə alınıb. Həmçinin qeyd olunub ki, bu hal, xəstəxanaya müraciət edən hamilə və digər pasiyentləri də təşvişə salır. Tibb heyəti ən azından xəstəxanada dezinfeksiya işlərinin aparılmasını xahiş edir. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva məsələ ilə bağlı “Qafqazinfo”ya bildirib ki, hazırda sözügedən xəstəxanada kütləvi yoluxma halı ilə bağlı məlumat yoxdur. Geri dön |